14 aprel 2023
208
Cəlilabadda ağır qəza törədən sürücünün maşını idarə etmək hüququ yox imiş – TƏFƏRRÜAT
Cəlilabadda ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.Pravda.az-ın əldə etdiyi məlumata görə, aprelin 13-ü saat 16 radələrində rayonunun Gülməmmədli kəndi ərazisində 1991-ci il təvəllüdlü Sadıqov Məzahir Vaqif oğlu nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ-21074 minik” markalı avtomobillə Nəsirov Fərhad Umudəli oğlunun “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “QAZ-2705 Yük Sərnişin” markalı avtomobili toqquşub.
Nəticədə “VAZ-21074 minik” markalı avtomobildə sərnişin qismində əyləşmiş 1994-cü il təvəllüdlü Səfərov Paşa Əyyub oğlunun hadisə yerində ölüb, həmin avtomobilin sürücüsü M.Sadıqov “serebral koma, alının sağ yarısının hematoması, üzün sıyrılmış, cırılmış yarası”, “QAZ-2705 Yük Sərnişin” markalı avtomobilin sürücüsü Nəsirov Fərhad Umudəli oğlunun “alının sıyrığı, hər iki dizin sıyrılmış yaralar xəsarətləri alıb.
Faktla bağlı Cəlilabad RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Oxşar Xəbərlər:
Sürücülük vəsiqəsi almaq istəyənlərə YENİ XƏBƏR – Bundan sonra…
Tovuzda 10 yaşlı qızın qətli ilə bağlı ekspertiza rəyində ziddiyyətlər aşkarlandı – TƏFƏRRÜAT
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
Əhəd Abıyevin adı daha bir qalmaqalda - TƏFƏRRÜAT
“Qurtuluş 93”ün sahibinin kürəkəninin məhkəməsi başladı - “Land Rover”lə 4 nəfəri öldürmüşdü...