10 aprel 2023
135

Naxçıvanda hərbçilərimiz itkin düşdü

     Naxçıvan Muxtar Respublikasında Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb.
Müdafiə Nazirliyindən  bildirilib ki, Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.
Qeyd edilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.