10 aprel 2023
190
Söyüşcül bloger məhkəmə qarşısına ÇIXARILIR - DETALLAR
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
Yenimeydan.info bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses aprelin 11-nə təyin edilib.
Şikayət Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun şikayəti təmin edilməyib.
Qeyd: Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir. Maqsud Mahmudov həmin müğənniləri şantaj edib.
Oxşar Xəbərlər:
İcra başçısının sabiq müavini məhkəmə qarşısında
Saxta sənəd düzəldən vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Vüqar Səfərlinin ailə üzvləri yenidən kassasiya şikayəti verib
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
“Qurtuluş 93”ün sahibinin kürəkəninin məhkəməsi başladı - “Land Rover”lə 4 nəfəri öldürmüşdü...