07 aprel 2023
212

“LEOBANK”-A ETİBAR ETMƏYİN… “KARTDAN KÜLLİ MİQDARDA PULUM ÇƏKİLİB” – ŞİKAYƏT

    “Leobank”ın təhlükəsizlik xidmətinin zəifliyi səbəbindən müştərinin kartından külli miqdarda pul çəkilib.Yenimeydan.info Tribunainfo.az-a istinadən  xəbər verir ki, bank müştərisi Firusə İlqarlı “Leobank” müştərisi olduğuna və pulunu o banka əmanət etdiyi üçün peşman olduğunu deyir:
“ “Leobank”a məxsus olan kartımdan 25 mart 16:58 və 16:59-da iki dəfə olmaqla ümumilikdə 1551 manat vəsait m-pay şirkəti vasitəsilə çəkilib. Banka müraciət etsəm də, heç bir dəstək göstərilməyib. Bankın təhlükəsizlik xidmətinin zəif olması haqqında məlumatım yox idi.
Pulu anamın əməliyyatı üçün toplamışdım ,oğurlandığı üçün əməliyyat təxirə salınıb və vəziyyəti yaxşı deyil”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.