10 mart 2023
182
Sərkisyanın 10 ilə topladığı silahı 2 ilə aldıq - Rəsmi İrəvan
Serj Sərkisyanın hakimiyyətdə olduğu 10 il ərzində əldə edilən silahların həcmi qədər sursatı indiki hakimiyyət 2018-20-ci illərdə alıb. Eks-prezidentin hansı silahı nəzərdə tutduğu və onun effektivliyi məlumdur. Bu silahlar əhəmiyyətsiz idi. Sərkisyan hansı silahlardan danışır? Tərkibindəki mikroprosessorlarda yarım qram qızıl olduğu üçün elektron sxemlərinin çıxarılaraq satıldığı raketlər haqqında?
Yenimeydan axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin Aparat rəhbərinin müavini Taron Çaxoyan keçmiş prezident Sərkisyanın açıqlamasını şərh edərkən deyib.
“O, çox yaxşı bilir ki, Ermənistanda hansı silahlar var, hansı növ silahlardan istifadə olunub. Onların effektivliyi necə olub və necə işləyib. Müharibədən sonra o, bu məlumatları Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyandan da almışdı. Belə hallar Sərkisyanın hakimiyyətdə olduğu dövrdə baş verib. Müharibə zamanı biz bu raketlərdən istifadə etmək istəyirdik və məlum oldu ki, onlar sıradan çıxıb, istifadəyə yararsızdır”, - o bildirib.
Qeyd edək ki, Sərkisyan 44 günlük müharibə zamanı İrəvanın özünün “ən güclü silahı”ndan istifadə etmədiyini və mövcud şəxsi heyətin cəmi 50%-ni döyüşə cəlb etdiyini bildirib. Həmçinin onun sözlərinə görə, 2018-ci ildən sonra Ermənistan “hərbi-texniki yardım” almayıb.
Oxşar Xəbərlər: