06 mart 2023
237
Dövlət Agentliyindən “Zeytun”a - 17 MİLYONLUQ SİFARİŞ
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.5 milyon manatlıq müqavilə bağlayıb.
DİA.AZ Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələrinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 16.545.158 manatdır.