13 fevral 2023
191

Azərbaycan Metrologiya İnstitutu - MƏHKƏMƏYƏ VERİLDİ

Azərbaycan Metrologiya İnstitutu PHŞ-nə idarəçilik qaydaları əleyhinə olan (Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulması) inzibati xəta protokolu tərtib olunub.

Yenimeydan.info FED.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə görə Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə edilir.

İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində Vüsal Qurbanov hakim təyin edilib.