12 iyul 2025
76
Anar Abdullayev 30 sutkalıq həbs edildi
Yenimeydan.info APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində bu barədə qərar verilib.
Anar Abdullayevə İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.
Qeyd edək ki, Anar Abdullayev Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə birgə Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilirlər. Hazırda onlar barəsindəki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən ermənilərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatdı
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər
Vətəndaşlar üçün `Şakir MTK` TƏLƏSİ... - Nə qanuna baxıblar, nə də...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
