12 iyul 2025
80

ABŞ-dən Ukraynaya 500 milyonluq hərbi yardım

abs-den-ukraynaya-500-milyonluq-herbi-yardim

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Ukraynaya hərbi dəstək məqsədilə 2028-ci ilə qədər 500 milyon dollar vəsait ayrılmasına razılıq verib.
Yenimeydan.info bu barədə “Reuters”ə istinadən xəbər verir.
Qeyd olunan məbləğ komitə tərəfindən təsdiqlənmiş ABŞ-nin 2026-cı maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə daxil edilib.
Layihəyə əsasən, ABŞ Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədilə bu ölkə ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.