21 iyun 2025
97
Bu gün metro gecə 2-yə kimi işləyəcək
İyunun 21-də Bakı Kristal Zalında keçiriləcək “UFC Fight Night” (UFC döyüş gecəsi) ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik olunacaq.Yenimeydan.info xəbər verir ki, bu haqda “Bakı Metropoliten” QSC məlumat yayıb.
Belə ki, saat 20:00-dan 00:00-dək davam edəcək tədbirlə bağlı metro stansiyalarında iş saatları iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq.
Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq saxlanılacaq.
Həmçinin sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zalına daha yaxın yerləşən “Sahil” və “İçərişəhər” stansiyalarında ehtiyat tədbirləri görüləcək.
Oxşar Xəbərlər:

Bakı metrosunda yoxlama - Pullar necə gəldi xərclənib
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

COP29 gündəliyi - 18.11.2024

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi monopoliya yaradır — İş adamından SENSASİON AÇIQLAMALAR…