13 iyun 2025
62

“Lazımı qədər davam edəcəyik” - Netanyahudan ilk açıqlama

lazimi-qeder-davam-edeceyik

“İrana zərbələr endirməkdə məqsəd İsrailə qarşı təhlükəni aradan qaldırmaqdır.
“Qafqazinfo” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Baş nazir vurğulayıb ki, əməliyyat nə qədər lazım olsa, o qədər davam edəcək:
“Cəsur pilotlarımız İran boyu çox sayda hədəfə hücum edir. Lazım olduğu qədər davam edəcəyik”.
İRNA partlayış səslərinin xüsusilə Tehranın şərqindən, qərbindən və mərkəzindən gəldiyini açıqlayıb.
Ağ Ev isə  ABŞ-nin əməliyyata daxil olmayacağını açıqlayıb.