19 may 2025
268
Bakı ilə sazişdən sonra rus hərbi bazası Ermənistandan çıxarılacaq? – MARAQLI DETAL
Ermənistanda nəşr olunan “Hraparak” qəzeti maraqlı iddia ilə çıxış edib.
Tribunainfo.az xəbər verir ki, nəşr Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra bəzi addımların atılacağını bildirib.
Belə ki, yazıda qeyd edilir ki, sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq. “Bununla bağlı razılaşmanın olduğu da üzə çıxıb. Məlum olub ki, Ermənistan və Rusiya arasında hərbi bazanın saxlanılmasına dair 44 illik sazişdə bu barədə bənd var. Həmin bənddə qeyd edilir ki, Ermənistan üçün təhdidlər aradan qalxdıqdan sonra Rusiya hərbi bazası ölkədən çıxarılacaq”.
Nəşr həmçinin mayın 9-da Moskvada səfərdə olan baş nazir Nikol Paşinyana Kremlin soyuq münasibət göstərməsini də bununla əsaslandırıb. “Rusiya həmin bəndlə tanışdır və Ermənistanın buna hazırlaşdığına görə, bərk qəzəblidir. Elə bu səbəbdən də mayın 9-da Paşinyan heç bir Kreml rəsmisi ilə görüşmədən geri dönməli oldu”.
Fərda Uğur
Oxşar Xəbərlər:

Prezident və xanımı Patriarx Kirill ilə görüşüb – Fotolar+Yenilənib

Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər – FOTOLAR

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)

Prezident əfv sərəncamı imzaladı – SİYAHI