13 mart 2025
6

Trampın xüsusi nümayəndəsi Moskvaya gedir

Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək.


 Bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News”a açıqlaması zamanı deyib.
"Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rusları bu danışıqların bir hissəsi olmağa çağırmaq üçün bu həftə Moskvaya qayıdacaq və ümid edirik ki, onlar razılaşacaqlar", - o bildirib.