16 dekabr 2024
16

Xankəndidən çıxan erməni tibb bacısı İrəvanda saxlanıldı: 3 saat… - İLGİNC...

Xankəndidən çıxan erməni tibb bacısı İrəvanda saxlanıldı: 3 saat…
İşğal müddətində Xankəndidəki “mərkəzi xəstəxana”da çalışmış erməni tibb bacısı Rusiyadan Ermənistana qayıdarkən İrəvanın “Zvartnots” hava limanında saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni vəkil Roman Yeritsyan məlumat yayıb.

Qadının 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarından sonra İrəvana köçdüyü, buradan isə Rusiyaya gedərək birdəfəlik Moskvaya yerləşdiyi bildirilir. Məlumata görə, o, yaxınının dəfn mərasimində iştirak üçün Ermənistana qayıdıb. Lakin hava limanında polislər tərəfindən saxlanılıb.

Vəkilin sözlərinə görə, tibb bacısı ötən il Ermənistanda hökumət əleyhinə keçirilən aksiyalarda fəal iştirak edib. Bu səbəbdən onun ölkəyə daxil olduğu an həbs olunması tapşırığı verilib.

Qadının təxminən 3 saat nəzarətdə saxlanıldığı, hazırda Ermənistan İstintaq Komitəsində barəsində araşdırma aparıldığı bildirilir.

Qeyd edək ki, eyni gündə Rusiyadan Ermənistana gələn məşhur erməni politoloq Andranik Mihran da hava limanında qalıb, ölkəyə buraxılmayıb.