13 dekabr 2024
24
Bələdiyyə sədrinin dron qorxusu
Səbail rayonu Badamdar qəsəbə bələdiyyəsinin sədri Təzəxan Məmmədov bugünlərədə yaxın çevrəsinə ziyafət verib. Buna səbəb Prezident Administrasiyası tərəfindən rayon ərazisində aparılan təftiş prosesinin Təzəxan Məmmədov üçün ciddi başağrısı olmadan yekunlaşmasıdır.Bunu Mediatv.az-ın elektron poçtuna gəlmiş məktubda deyilir.Şikyətçi daha sonra yazır:
Məsələ budur ki, bələdiyyə sədri hədsiz hiyləgərliyi ilə təftiş komissiyasını aldada bilib. Badamdar ərazisində qanunsuz villalara aparan yolları təftiş öncəsi yaman günə qoyan bələdiyyə sədri, bununla komissiyanın həmin ərazilərə getməsini əngəlləyib. Bələdiyyə sədri bildirib ki, guya bu ərazilərə yol yoxdur və orada heç bir qanunsuz tikili yoxdur. Təftiş komissiyası isə yol olmadığı üçün həmin ərazilərə baxış keçirə bilməyib.
Təzəxan Məmmədovun bəxti bir də onda gətirib ki, təftiş komissiyanın üzvləri Badamdar ərazisii müşahidə məqsədilə dronlardan istifadə etməyib. Hansı ki, Bakının bir sıra rayonlarında ərazinin müşahidəsi həm də dronla aparılıb. Badamdarda isə drondan istifadə edilmədiyi üçün Təzəxan Məmmədov çoxsaylı qanun pozuntularını gizləyə bilib. Yoxlamadan canını qıl payı qurtaran Təzəxan Məmmədov bu münasibətlə yaxınlarına qonaqlı verib. Qonaqlıqda deyib ki, “yaxşı ki, Allah üzümə baxdı, dron baxsaydı, batacaqdım”.
Xatırladaq ki, Təzəxan Məmmədovun əsas himayədarı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovdur.
Növbəti yazılarımızda sizi Təzəxan Məmmədovla bağlı çox maraqlı faktlarla tanış edəcəyik.
Oxşar Xəbərlər:
Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi monopoliya yaradır — İş adamından SENSASİON AÇIQLAMALAR…
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Əhəd Abıyevin adı daha bir qalmaqalda - TƏFƏRRÜAT