10 dekabr 2024
19

Türk dövlətləri Suriyadakı prosesdə niyə aktiv deyil?

 Suriyada baş verən proseslərdə türk dövlətləri arasında yalnız Türkiyənin aktivliyinin səbəbi bu ölkə ilə yüz kilometrlərlə ölçülən sərhədə malik olması, milli təhlükəsizlik məsələsi və həyati əhəmiyyət kəsb edən maraqlarından qaynaqlanır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Suriya prosesləri ilə bağlı Türk Dövlətləri Təşkilatının aktiv olmaması haqda danışarkən deyib.
O bildirib ki, hazırda Türkiyədə terror təhlükəsi üst səviyyədədir:
"Bundan əlavə, bu illər ərzində beş milyona yaxın suriyalı köçkün Türkiyə ərazisinə axın edib. Ona görə də bu məsələləri Türkiyə həll etməlidir. Açıqlamanı da ancaq Türkiyədən gözləyirik və əlbəttə ki, Ankaranın milli maraqları istiqamətində bu addımları TDT tərəfindən dəstəklənir”.
Politoloq bildirib ki, bu proseslərdə TDT ölkələrinin tədricən fəallaşması gözləniləndir:
“Gələcək zamanda türk dövlətlərinin liderləri və ya nazirlərinin görüşündə Suriyada yaşayan türkmanlara dəstək məsələsinin gündəmə gətirilməsi mümkündür".