09 dekabr 2024
24
Bəşər Əsədin Moskvada olması təsdiqləndi
Yenimeydan.info TASS-a istinadən xəbər verir ki, Suriyanın Rusiyadakı Səfirliyi B.Əsədin Moskvada olmasını təsdiq edib.
“Bəli, o Moskvadadır”, - deyə məlumatda qeyd olunub.
Bununla belə, diplomatik nümayəndəlik Əsədlə hər hansı təmasının olmadığını vurğulayıb.
Xatırladaq ki, dekabrın 8-nə keçən gecə Suriyada müxalifət qüvvələri noyabrın 27-də başlatdıqları hücum çərçivəsində Dəməşqi ələ keçiriblər. Suriya ordusunun komandanlığı isə zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib.
Daha sonradan TASS agentliyi Əsədin ailə ilə birlikdə Moskvada olması barədə məlumat yayıb.