07 dekabr 2024
23
Fuat Oktay: Türkiyə Suriyada terror dövləti qurulmasına icazə verməyəcək
Türkiyə PKK-nın hansısa bir qolunun Suriyada terror dövləti qurmasına icazə verməyəcək.
Yenimeydan.info xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Suriyadakı proseslər bütün dünyanın gözü önündədir. Türkiyənin prioriteti sülhün əldə olunması, terrora son qoyulmasıdır.
"Suriyadakı münaqişənin necə nəticələnəcəyi məlum deyil. Amma bəzi qüvvələrin bunu fürsətə çevirməsi, hansısa terror dövləti qurmağa çalışması müsbət nəticələnməyəcək. Nəyin bahasına olur-olsun, Türkiyə buna imkan verməyəcək. Biz ümid edirik ki, ən qısa müddətdə Suriyada sabitlik bərqərar olacaq, insanlar öz torpaqlarına qayıdacaqlar. Amma hələ ki bu, real görünmür", - F.Oktay vurğulayıb.
Oxşar Xəbərlər:
“Türkiyə bilir ki, bu savaş olacaq...” -Professor Xaləddin İbrahimli Orta Doğu ilə bağlı qorxulu planlardan danışır
Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
43 mandat partiyasız şəxslərə qismət olub
Milli Məclisin yeni heyətində ONLARI ÇƏTİN GÖRƏK... - SİYAHI
Türkiyəyə qarşı böyük təxribat: Savaş açdılar – “14 may ölüm-qalım tarixidir”