06 dekabr 2024
26

ABŞ Ermənistan ordusunda islahatlara dəstəyini davam etdirəcək

 
Ermənistan və ABŞ-nin müdafiə nazirləri Suren Papikyan və Lloyd Ostin Pentaqonda keçirilən görüşdə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər.
Yenimeydan.info xəbər verir ki, bu barədə yerli KİV Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, S.Papikyan Ermənistanın regionda uzunmüddətli sülh əldə etmək istəyini təsdiqləyib, öz növbəsində Ostin ABŞ-nin bu səyləri dəstəklədiyini bildirib.
“Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Lloyd Ostin iki ölkə arasında əməkdaşlığın genişlənməyə davam etdiyini vurğulayıb”, - məlumatda qeyd olunub.
L.Ostin ABŞ-nin Ermənistan Silahlı Qüvvələrinin islahatlarına dəstəyi davam etdirməyə hazır olduğunu bildirib. Nazirlikdən əlavə ediblər ki, beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.