06 dekabr 2024
24

Sabirabad Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində qalacaq?

Sabirabad Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində qalacaq?
Sabirbad Suvarma Sistemləri idarəsinin rəisi Zaur Mikayılovu aldatmağa çalışır?
Dövlət Su Ehtiyatları Agentliyində aparılan dəyişikliklər nəticəsində qurumun bir çox idarə rəisləri vəzifələri ilə vidalaşıb. Yeni təyin olunan idarə rəislərinə isə vəzifələrində özlərini doğrultmaq üçün 3 ay vaxt verildiyi bildirilir.
Patriot.az-ın əldə etdiyi məlumata görə vəzifəsində qalanlardan biri də Sabirabad Suvarma Sistemləri idarəsinin rəisi Şafiq Heydərovdur. İllərdi Şafiq Heydərovla bağlı aidiyyatı qurumlara edilən şikayətlərə baxmayaraq, himayədarları onu vəzifəsində saxlmaqda israr edirlər.
Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Şafiq Heydərova verilmiş 3 aylıq möhlət idarə rəisi üçün yaxşı nəticələnməyə bilər. Çünki Dövlət Su Ehtiyatları Agentliyinin tapşırığına əsasən adı olub özü olmayan işçilərin işinə xitam verilməlidir. Məlumata görə Şafiq Heydərov 35-ə yaxın işçini işdən çıxardaraq görüntü yaratmaq niyyətindədir. Ş.Heydərovun və ətrafının əsas qazanclarından birinin məhz adı olub özü olmayan işçilərdir. Sabirbada Suvarma Sistemləri İdarəsinin rəisinin hər ay adı olub özü olmayan işçilər hesabına 10 min manatı cibinə qoyduğu bildirilir.
Əldə etdiyimiz məlumata görə Şafiq Heydərov nasos stansiyalarında adı olub özü olmayan işçiləri və 15-ə yaxın heçkəsin tanımadığının işinə xitam verməklə Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyini aldatmağa çalışır. Aldığımız məlumatda bildirilir ki, Şafiq Heydərovun yenədə adı olub özü olmayan işçiləri mövcuddur.Bundan başqa Ş.Heydərov idarəyə ayrılan yanacağı silmək üçün Sabirabad rayonunda bəzi kanal və drenləri təmizlətdirməklə məşğuldur.
Qeyd edək ki, Sabirabad Suvarma Sistemləri idarəsinin QSM müdiri Ş.Heydərovun ən yaxın adamlarından biridir. İdarə rəisinin tez-tez QSM müdirinin evində içki məclisi təşkil etdiyi deyilir.
Araşdırmamız davam edir.

patriot.az