04 noyabr 2024
31

Sumqayıt Dövlət Universiteti belə təmir edilir:Eyni lot üzrə müxtəlif tenderlər...


Tədris binalarının əsaslı təmiri üçün müxtəlif zamanlarda tenderlərin elan edilməsi birmənalı qarşılanmamalıdır
Yenixeber.org: Sumqayıt Dövlət Universitetidaha bir tenderi yekunlaşdırıb. 28.10.2024-cü il tarixdə bu təhsil müəssisəsi "PROQRESS İNŞAAT EN" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.Bu müqavilə ilə Sumqayıt Dövlət Universiteti Tədris Binasının əsaslı təmiriqarışılığında "PROQRESS İNŞAAT EN" MMC-nə 83.271 manat ödəməli olacaq.
Xatrıladaq ki,Sumqayıt Dövlət Universiteti Tədris Binasının əsaslı təmiri ilə bağlı idiyədək də dəfələrlə tender keçirib. Hətta, bu ilin aprel ayında belə tenderlərdən biri ləğv edilib. İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar vəİstehlak Bazarına Dövlət Nəzarət Xidməti tenderin ləğvi ilə bağlı bu təhsil müəssisəsinə məktub göndərib. Səbəb isə tenderdə “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin pozulması göstərilib...
Sumqayıt Dövlət Universitetindəkioxucularımızın Yenixeber.org-a verdiyi məlumatlara görə eyini lot üzrə - Tədris binalarının əsaslı təmiri üçün – müxtəlif zamanlarda tenderlərin elan edilməsi birmənalı qarşılanmamalıdır.
Bu həm də, satınalan tərəf üçün yeni imkanlar deməkdir...Zaman əldə etmək və bu zamandan maksimum “faydalanmaq". Başqa sözlə, əməkdaşlıq ediləcək şirkəti seçmək və “müvafiq razılaşma” üçün tələsməmək.
Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Baxmayaraq ki, görüləcək işlər və alınacaq malların miqdarı göstərilir.
     ***
O ki, qaldı "PROQRESS İNŞAAT EN"MMC –nə, bu istiqamətdə də, maraqlı məlumatlar əldə etmişik. Media üzərindən kiçik bir araşdırma ilə məlum oldu ki, bu sıradan biri deyil, qalmaqallı şirkətdir.Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.
MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlunun barəsində kifayət qədər geniş məlumatlar çıxır. Təkzib olunmamaış məlumatlarda Şirinov Eldar Bəhlul oğlunun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu göstərilir. MMC-nin Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon Mənzil-Kommunal Təsərrüfatı İdarələrinin ictimaiyyətə açıqlanmadan keçirdikləri çoxsaylı tenderlərin qalibi olması da istisna deyil.
Diqqət çəkən digər fakt isə ondan ibarətdir ki, müxtəlif epizodlarla dövlətin yüksək məbləğdə pulunun etibar edildiyi və inşaat işləri ilə bərabər, həm də dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan belə bir şirkətin nəinki veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün deyil(?)
Sumqayıt Dövlət Universitetinin rəhbərliyi də pulunu belə bir şirkətə etibar edib...
  ***
Biz Yenixeber.org olaraq toxunduğumuz bu və digər faktlarla bağlı Sumqayıt Dövlət Universitetindən dəmüəyyən suallarımıza cavab almaq istədik. Bu məqsədlə də,Sumqayıt Dövlət Universitetinin bəhs etdiyimiz tenderə birbaşa məsul şəxsi, Texniki Təchizat Departamentinin müdiri cənab Tahir Məmmədliyə7 sualdan ibarət online sorğu göndərdik... Nəhayətdə qarşı tərəfdən “cavab” ala bildik. (Əlbəttə, buna cavab demək mümkünsə. Red)
Məlum qayda və prinsiplərə uyğun olaraq, qarşı tərəfin “cavab”ını olduğu kimi dərc edirik:Bütün məlumatlar elektron satınalma qanunu üzrə keçirilibdir. Şirkətin hər hansı sənədlərində səhvlik olsa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət xidməti yekun protokolunda təsdiqini tapmır. Təchizatçı haqqında məlumatları şirkətin özündən ala bilərsiz Universitet olaraq biz sifarişçiyik. Növbəti proseslərdə bütün məlumatlar portal vasitəsi ilə veriləcəkdir.
Bizim sorğumuz tender komissiyasının tərkibindən tutmuş, son günədək işlərin icrasınadək əhatəli idi. Bu “cavab” isə obrazlı desək, bizim ünvanladığımız sorğunun “heç yanından keçən olmadı”. Qarşı tərəf bizim 7 sualımızdan heç birinə ya cavab vermək istəməyib, ya da cavab verə bilməyib. Səbəbini özləri bilər.
Həm də onu bilmələri yaxşı olar ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb...

Sonda onu da xatırladaq ki,Sumqayıt Dövlət Universitetinin rektoru Əzizov Rüfət Eyvaz oğludur. O, bu vəzifəyə 13 sentyabr 2023-cü ildə təyin edilib.(Yenixeber.org)
Mövzunun davamı olacaq.