30 oktyabr 2024
37
Azərbaycanda qaz limiti ləğv oluna bilər
Qazın limitlə olması vətəndaşlar tərəfindən daha çox narahatçılığa səbəb olan məsələlərdən birirdir. Bu məsələ qış aylarında daha aktul olur. Belə halları nəzərə alarsaq qaz limiti ləğv edilə bilərmi?
Sözügedən mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli danışdı.
O, açıqlamasında qeyd etdi ki, ölkəmizdə qaz limitinin ləğv edilməsi vacib məsələlərdən:
"Qaz limiti ləğv edilməlidir. Amma ediləcəkmi, bunu ancaq Nazirlər kabineti bilir, çünki onların və tarif şurasının səlahiyyətindədir. Bu kifayət qədər narahatedici faktordur. Biz qonşu ölkələrə, o cümlədən avropaya böyük həcimdə qaz satırıq, bu səbəbdən də öz ölkəmizdə qazın limitlə olması kifayət qədər narazılıq yaradır. Düşünürəm ki, bu məsələdə hökumət daha çevik davranmalı və qaz limitləri ilə bağlı qərar ləğv edilməlidir".
Oxşar Xəbərlər:
Zəngəzur yolu “divlərə” qaldı? - NƏ BAŞ VERİR?
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...
SİQARET VƏ SPİRTLİ İÇKİLƏRİN ZƏRƏRLƏRİ
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI