29 oktyabr 2024
39
AMB 16 əməkdaşı və onların ailə üzvlərini VIP paketlə sığortalayır - 800 minlik müqavilə
Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortalanması xidmətini “Paşa Sığorta”ya həvalə edib.
İqtisadiyyat.az xəbər verir ki, sığorta xidmətinin satın alınması ilə bağlı bankla şirkət arasında müqavilə bağlanılıb.
Müqavilənin dəyəri isə 818 096 manat həcmində müəyyənləşib.
Müqaviləyə uyğun olaraq, şirkət AMB-nin 885 əməkdaşı və onların ailə üzvləri üçün standart paketlə (minimum 5 000 manat) sığorta xidməti göstərəcək.
Bundan əlavə, “Paşa Sığorta” AMB-nin 16 əməkdaşı və onların ailə üzvləri üçün VIP paketlə (minimum 10 000 manat) sığorta xidməti göstərəcək.
Qeyd edək ki, standart tibbi sığorta paketindən fərqli olaraq VIP paketdə stasionar, ambulator-poliklinik, təcili tibbi yardım, ambulator şəraitdə dərman təchizatı, stomatoloji xidmətlər, tibbi müayinə, vaksinasiya və vitaminizasiya xidmətləri mövcuddur.