23 oktyabr 2024
37
İsrail İranın S-300 raketini sıradan çıxarıb
Bu ilin aprelində İsrailə raket hücumları təşkil edən İran, elə həmin günlərdə cavabını da alıbmış.Yenimeydan.info xəbər verir ki, bunu SEPAH-ın sabiq komandirlərindən biri, general Cəfəri etiraf edib.O bildirib ki, İran apreldə İsrailə hücum etdikdən sonra İsrail İsfahanda İranın S-300 hava hücumundan müdafiə sisteminə raket zərbələri endirib. Həmin vaxt ciddi ziyan vurulduğunu da qeyd edib. “Bu raketlərin qabaqcıl Amerika təyyarələrindən istifadə etməklə qonşu ölkədən atılıb”.