01 sentyabr 2024
58

Kimlər təhsil haqqının ödənilməsindən azaddır? - SİYAHI

Kimlər təhsil haqqının ödənilməsindən azaddır?
Hər il olduğu kimi ali təhsil müəssisələrinin ödənişli ixtisaslarına qəbul olunacaq bəzi tələbələr təhsil haqqından azad olunacaqlar.

Maraqlıdır, kimlər təhsil haqqının ödənilməsindən azaddır?

"Cebheinfo.az" təhsil haqqı ödəməkdən azad olan şəxslərin siyahısını təqdim edir:

- I və II dərəcə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

- Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları.

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar.

- Şəhid ailəsinin üzvü olanlar.

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər.