21 avqust 2024
80

Dövlət qurumu və "Baku Electronics" arasında çəkişmə davam edir - Gömrük qaydalarına əməl edilməyib

ƏtraflıAd - 00:13

Dövlət Gömrük Komitəsi (DGK) və "Baku Electronics" MMC arasında məhkəmə çəkişməsi davam edir.
 
Pravda.az-ın xəbərinə görə, DGK-nın yazdığı protokola Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə sentyabrın 3-də növbəti dəfə baxılacaq.
 
Qeyd: Protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
 
Xəyal Quliyev