20 avqust 2024
69
Namizədin yarım milyonluq rüşvət QALMAQALI: Məşhur vəkil Hicran Hüseynova ilə bağlı nələri açıqlayıb?
Milli Məclisə seçkilər ərəfəsində haqqında bəhs etdiyimiz bir çox şəxslərlə bağlı silsilə tənqidedici materiallar hazırlayıb nəticəni oxucuların ixtiyarına buraxmışıq.Parlamentə düşmək uğrunda qızğın mübarizənin getdiyi bu zamanda təbliğat-təşviqat kampaniyası çərçivəsində yenə də seçicilərin “ətəyindən yapışan” namizədlərdən fərqli olaraq, bəziləri heç seçicinin ayağına belə getmək istəmir. Lakin gedəndə belə sanki özünü şah oğlu Şah Abbas zənn edərək, onların qarşısında təzim etməsini və bu anın “qürurla” kameraların obyektivində əks olunmasını istəyirlər.
Bir çox namizədlə bağlı sərt yazılar yazıb onların kimliyini oxucularımıza tanış etmişik.
Yenicag.az-ın qalmaqallı deputatlarla bağlı apardığı araşdırmanın bugünkü “qonağı” 14 il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olmuş, Milli Məclisin VI çağırış deputatı Hicran Hüseynovadır. O Hicran xanım ki 2016-cı ildə adı 170 min dollar və yarım milyonluq rüşvət qalmaqalında səslənirdi.
Namizədliyini 42 saylı Sumqayıt birinci seçki dairəsindən verən Hicran Hüseynova ilə bağlı axtarış alətlərində apardığımız araşdırmalar nəticəsində onunla bağlı xoşagəlməyən nüansların ortaya çıxdığının şahidi olduq.
Belə ki, 2016-cı ildə vəkil Adəm Məmmədov adını açıqlamaq istəmədiyi müvəkkilinin Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olmuş Hicran Hüseynovaya işə düzəlmək məqsədilə 170 min dollar verdiyini iddia etmişdi.
Sözügedən Komitənin şöbə müdiri Elgün Səfərov isə pul verilməsi məsələsini təkzib edib bildirmişdi ki, məsələ hazırda araşdırılır və nəticədən sonra hər şey bəlli olacaq.
Qeyd edək ki, həmin vaxt vəkil Adəm Məmmədov yerli saytlardan birinə açıqlamasında bildirmişdi ki, müvəkkili Hicran Hüseynovanın yerlisidir, yəni hər ikisi Qubadlı rayonundandır.
Onun mediada gedən açıqlamasını olduğu kimi təqdim edirik:
“O adının hələ ki ictimaiyyətə açıqlanmasını istəmir. Rayonlarında tanınan şəxsdir. Əlimizdə Hicran Hüseynovaya, o cümlədən aparat rəhbəri Səfər İmanova qarşı ittiham irəli sürmək üçün ciddi sübutlar var. Məlumatları açıqlasaq, bu, istintaqın gedişinə maneçilik törədər. İş hazırda prokurorluqda araşdırılır”.
Vəkil bildirib ki, sözügedən problem 2012-ci ildən bəri davam edir:
“Müvəkkilim dəfələrlə pulu geri almaq üçün Hicran Hüseynova və Səfər İmanovla görüşüb.
Axırıncı dəfə yanvarın 31-nə pulu qaytaracaqlarına söz veriblər. O tarixdən etibarən də Səfər İmanov ölkədən qaçıb. Əslində, müvəkkilim adi bir iş üçün Hicran Hüseynovaya müraciət edib. Amma Hicran Hüseynova özü ona icra başçsının müavini təyin etməklə bağlı təklif irəli sürüb. Baxıblar ki, adamın imkanı var, ona görə bu işi təklif ediblər. Bu məsələdən sonra isə müvəkkilim müflis vəziyyətə düşüb”.
Yazıdan da göründüyü kimi, Hicran xanım komitəyə rəhbərlik etdiyi dövrlərdə adı külli miqdarda rüşvət qalmaqalında hallanmış və bu məsələdən yaxasını çəkə bilmişdi.
Bundan başqa, 2019-cu ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tədbirlərin təşkilinə dair dövlət satınalmalarının qaliblərinin adlarını açıqlamışdı ki, onların arasında ölkədən qanunsuz olaraq 630 min dollar çıxaran şirkət də var idi.
Belə ki, Dövlət Satınalmaları Reyestrinin məlumatına əsasən, 2019-cu ilin sentyabrın 2-də Hicran Hüseynovanın rəhbərlik etdiyi komitə dörd şirkətlə ümumilikdə 833,6 min manatlıq (490 min dollar) on müqavilə bağlayıb.
Bu müqavilələrdən dördü açıq tenderin nəticələrinə görə “MADERIN-AA” MMC-ə (VÖEN: 7100345951) verilib. Bu müqavilələrin ümumi dəyəri 322,2 min manatdır ($189,5 min).
Xatırladaq ki, həmin ilin mart ayında Sumqayıt Apelyasiya Məhkəməsi bank əməliyyatları vasitəsilə ölkədən 629.697 dolların çıxarılması ilə bağlı inzibati xəta barədə protokolların tərtibatı faktına dair “MADERIN-AA” MMC-nin şikayətinin təmin edilməməsi ilə bağlı yekun qərar çıxarıb. Bu faktlar üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası “MADERIN-AA” MMC-ə qarşı çıxarılan vəsaitlərin 20% qədərində inzibati cərimə tətbiq etmişdi.
“MADERIN-AA” şirkəti 2017-ci ilin noyabrın 20-də Siyəzən şəhərində təsis edilib. Şirkətin direktoru Zaur Nəsrəddin oğlu Əliyevdir. O, həmin tarixdə təsis edilmiş daha dörd şirkətə (“Aypeks-TT” MMC, “Dalğa-LM” MMC, “Anako-Ltd” MMC, “ANTIK İNŞAAT” MMC) rəhbərlik edir.
Əlavə edək ki, qanunla xaricə çıxarılan vəsaitə nəzərdə tutulan müddətdə hər hansı mal alınaraq, ölkəyə idxal olunmadıqda, bununla bağlı sanksiya tətbiq olunur. Bununla da ölkədən külli miqdarda vəsaitin qanunsuz yolla çıxarılmasının qarşısının alınması məqsədi güdülür.
Uzun sözün qısası, Hicran xanımla bağlı aparılan araşdırmalardan da bəlli olur ki, o, deputatlıq fəaliyyətindəki səssizliyinin əksi olaraq, komitə sədrliyi dövründə milyonluq qalmaqallarla yadda qalıb.
Mövzunu davam etdirəcəyik…