14 avqust 2024
61
Elçin Quliyev bu şirkətdən 3 milyon manata MRT cihazı aldı - Qalib MMC görün kimə məxsusdur
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti "Maqnit rezonans tomaqrafiya cihazı"nın (MRT) alınması ilə bağlı elan etdiyi tenderin qalibi - "Arash Medical Company" MMC ilə müqavilə imzalayıb.
32gun.az-ın məlumatına görə, tərəflər arasında 2.997.200 AZN-lik müqavilə bağlanıb.
Qeyd ki,sözügedən şirkət bundan 1 həftə öncə isə "NİZAMİ TİBB MƏRKƏZİ" ilə 146.320 AZN-lik müqavilə imzalamışdı.
Məlumat üçün bildirək ki, "Arash Medical Company" QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.
Kamran Məmmədov bundan əlavə "Caspian İnternational Hospital” MMC-nin də qanuni təmsilçidir.
XÜSUSİ QEYD:
Bizdə olan məlumata görə, adı çəkilən bu iki şirkət, eləcə BADAM MEDICAL CENTER Məmmədov Kamran Abid oğlu və Ehtiram Fərzəlibəyovun şərikli "malıdır".
Tanınmış iş adamı Şamo Fərzəlibəyovun qardaşı Ehtiram Fərzəlibəyov sosial şəbəkdə son dönəm ən məşhur aşpaz blogeri kimi tanınır. E.Fərzəlibəyov əsas hobbisini sosial şəbəkələrdə reallaşdırmaq qərarına gəlib. Ehtiram Fərzəlibəyov tanınmış kulinar, Şuşa Beynəlxalq Kulinariya Festivalının iştirakçısıdır.
O şəxsi villasında kamera önünə keçərək yeməklər bişirir.
Saytımıza verilən məlumatda iddia edilir ki, Kamran Məmmədovun atası Abid Məmmədov da bir vaxtlar bu ortaq biznesin əsas siması olsa da bütün işlərini oğluna həvalə edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi rəisi general-polkovnik Elçin Quliyevdir.
Oxşar Xəbərlər:
“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi monopoliya yaradır — İş adamından SENSASİON AÇIQLAMALAR…
Gəncəni belə-belə QARƏT EDİRLƏR... - BU DA FAKT!!!
Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar
Elsəvər Ağayev və qudasının şirkətləri hələ də “səhiyyə bazarının” əsas oyunçularıdır
Prezident əfv sərəncamı imzaladı – SİYAHI