13 avqust 2024
70

Ukraynanın kifayət qədər hərbçisi yoxdur - Tramp

      Ukraynanın münaqişəni davam etdirmək üçün kifayət qədər hərbi qulluqçusu yoxdur.
Axar.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp amerikalı milyarder İlon Maska müsahibəsində deyib.
“Ukraynada kifayət qədər insan yoxdur. İndi döyüşmək üçün gənc və çox yaşlı kişilərdən istifadə edirlər”, - Tramp bildirib.
Respublikaçı namizəd Rusiya orsusunun güclü olduğunu bildirib və Sovet İttifaqının nasizm, eləcə də Rusiyanın Napoleon üzərindəki qələbəsini xatırladıb.