19 iyul 2024
101
İnternet də benzin kimi bahalaşır: kimin ağlının məhsuludur? – Osman Gündüz
Provayderlər, o cümlədən dövlət provayderləri internet tariflərini 40% qaldırır. Probayderlər yarışa girib, sanki. Həm özəl provayderləri, həm də dövlət provayderləri bir anda varlanmaq xətti götürüblər. Baxırlar ki, hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki onlar niyə etməməlidirlər.Yenimeydan.info xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz qiymət artımını dəyərləndirərkən deyib. O bildirib ki, Bu, doğru yanaşma deyil, yəni “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil. Xüsusən də regionlar üçün:”Düşünürəm ki, hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansısa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir.
Azərbaycanda rəsmi rəqəmlərə görə əhalinin yarısı kənd əhalisidir. Bu birmənalıdır. Belə olan halda hamı üçün minimal sürəti 100Mbit/s etmək görəsən kimin ağlına gəlib. Hansı təfəkkürün məhsuludur bu ?
İndi mən sual edirəm hökumətə, kənddə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-ni olmayan, min cür əziyyətlə çörəkpulu – gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansıa bir onlayn xidmətlərdən yararlanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan bir vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı?
Bu vətəndaşlarımız hara sərf edəcək bu sürəti? Nə üçün biz zorla ona zəruri olmayan bu sürəti verib min əziyyətlə qazandığına şərik olmalıyıq ?
Qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun olaraq əlçatan olsun”.
Ekspert bildirib ki, dövlət provayderlərinin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır.

Oxşar Xəbərlər:
“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Maaş az, qiymət baha: Qazancımız ancaq ərzaq və dərmana çatır – FAKT
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakıda sotu 2 milyona torpağı kimlər satır, kimlər alır...