15 mart 2024
97

"İcra hakimiyyəti bu vəziyyətə göz yumur..." - GİLEY

"İcra hakimiyyəti bu vəziyyətə göz yumur..."
Lənkəran rayonu, Liman şəhər sakini Nəzərov Şirzad Mirzərəhim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Ş.Nəzərov yolları bərbad hala salan qurumlardan şikayətçidir:

“Biz, sakinlər, yolların bərbad vəziyyətə salınmasından şikayətçiyik.

Burada bəzi qurumlar yolları bərbad vəziyyətə salır və işləri bitdikdən sonra düzəltmirlər. Narahatçılıq və qorxu içindəyik. Yollarda böyük-böyük çuxurlar qazıblar, azyaşlı uşaqlar, qocalar bu yoldan istifadə edərkən əziyyət çəkirlər. Yağış yağdıqda isə çuxurlar su ilə dolur və görünməz hala gəlir. 3-4 metr dərinlikdə olan quyuya körpə uşaq düşsə, sağ qalmaz.

İcra hakimiyyəti bu vəziyyətə göz yumur, şikayətlərə baxmır, təmir işləri aparmır.

"İcra hakimiyyəti bu vəziyyətə göz yumur..."

Sanki bəzi məmurlarda "erməniləşmə gedir", qoca-cavan fikirləşən qalmayıb. Can verdiyimiz, şəhid verdiyimiz torpaqlar niyə bu günə salınır? Hansısa bir məqsədlə qazılsa belə, daha sonra niyə təmir edilmir? Bu sualların cavabını biz ala bilmirik.

Fövqəladə vəziyyətin içindəyik görən, kömək edən yoxdur".


"İcra hakimiyyəti bu vəziyyətə göz yumur..."

Məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.