07 mart 2024
79

Nəsimi rayonunda qanunsuz tikintiyə kimlər "xeyir-dua" verib?-FOTOLAR

 


Bu gün Yenimeydan.info -nun  redaksiyasına Nəsimi rayonu Cavadxan küçəsi 17 ünvanında yerləşən 5 mərtəbəli binanın özülündə qanunsuz olaraq qazıntı işlərinin aparılması ilə bağlı  sakinlər tərəfindən müraciət daxil olmuşdur.Səs eşidən sakinlər əvvəlcə elə zənn ediblər ki, hansısa bir evdə təmir işləri gedir. Lakin sonradan başa düşüblər ki, binanın zirsəmisi qazılır, divarlar deşilir.Sakinlər yaşadıqları binanın qəzalı vəziyyətə düşəcəyindən narahatdırlar.Azərbaycan Respublikası müvafiq  qanunvericiliyinin tələblərinə riayət olunmadan bu qazıntı işini aparmağa görəsən kim icazə verib?
Məsələ ilə bağlı əməkdaşlarımız adı çəkilən ünvanda olmuşdur.Onlar
binanın çöl tərəfdən hasara alınmasının və içərisində qazıntı işlərinin aparılmasının şahidi olublar.Fəhlələrin saoyuqqanlılıqla və arxayınlıqla külüng və digər qazıcı alətlərlə binanın özülünü qazmaları sakinlərin haqlı hiddətinə səbəb olub.
Obyekt tikmək məqsədilə binanın özülünü qazdıran işbazların mövqeyinə gəlincə,  məsələ ilə Nəsimi rayon icra hakimiyyətinin və digər səlahiyyətli qurumların " xeyir-dua"sının olduğunu bildiriblər.
Olay yerindən hazırlanmış   dəhşət doğuran foto və videoları  təqdim edirik.Yəqin ki günün günorta çağı Bakının mərkəzində belə bir qanunsuzluğu göz önünə alan işbazlar deyəsən həqiqətən aidiyyatı qurumlardan " xeyir-dua" alıblar
Məsələ diqqətimizdədir.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.