01 mart 2024
98

KTMT və Aİİ-dən çıxmaq bizə dağıdıcı təsir göstərə bilər – Karapetyan

     Keçmiş müdafiə naziri, general-mayor, “Ümumerməni cəbhəsi” hərəkatının lideri Arşak Karapetyan NEWS.am-a müsahibəsində KTMT-nin təhlükəsizlik məsələlərindən danışıb.Yenimeydan.info  xəbər verir ki, onun sözlərinə görə,”Ermənistanın üzv olduğu yeganə ümumi təhlükəsizlik təşkilatı KTMT-dir. KTMT-nin nizamnaməsində “dondurulmuş üzvlük” statusu nəzərdə tutulmayıb, bilmirəm bu termini işlətməyi kim məsləhət görüb, yoxsa bu, başqa bir məqamdan uydurulmuş ritorika sözüdür, ya da Paşinyanın bu barədə məlumatsızlığının nəticəsidir”.O, əlavə edib ki, “düşünürəm ki, bu, Ermənistan Respublikası üçün çox təhlükəli ola bilər, mən niyə Ermənistan Respublikası deyirəm, çünki heç bir hökumət əbədi deyil. KTMT Ermənistanı həmin keçmiş sovet ölkələri ilə birləşdirən yeganə qurum deyil. Ölkəmiz həm də iqtisadi cəhətdən bağlıdır, Ermənistan məhsullarının aslan payı bu gün həmin ölkələrdə reallaşdırılır. Aİİ-yə üzv dövlət olaraq sizin çoxlu öhdəlikləriniz var, sabah deyəcəklər ki, Aİİ-yə üzvlük də dondurulub. Müsahibələrimdə qeyd etdim ki, biz Rusiya ilə bir çox tellərlə bağlıyıq, KTMT və Aİİ-dən çıxmaq bizə dağıdıcı təsir göstərə bilər”.