14 fevral 2024
93
Bakıda qətliamdan sonra həyəcanlı zənglər: Biri deyir, qardaşım ruhi xəstədir, biri deyir, ərim psixdir… – AÇIQLAMA
Dünənki dəhşətli hadisədən sonra sığınacağımızın qaynar xəttinə üç qadın müraciət edib. Biri qardaşının ruhi xəstə olduğunu bildirir, digəri həyat yoldaşının, bir başqa xanım isə baldızının psixi problemlərinin olduğunu bildirir. Hər üç müraciətdə qadınlar evdə təhlükəli halda olduqlarını, qorxaraq yaşadıqlarını dilə gətiriblər.Bu sözləri Tribunainfo.az açıqlamasında Azərbayacan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib. O qeyd edib ki, evində qorxu içində psixoloji problemi olan şəxslə yaşamaq məcburiyyətində olan yüzlərlə, minlərlə ailə var:
“Dünən qaynar xəttimizə gələn hər üç müraciət də gizli formada idi. Çünki özləri də etiraf edirlər ki, evdəkilər icazə vermir bu barədə harasa müraciət etməyə. Biri qeyd edir ki, anam, atam icazə verməyəcək qardaşım xəstəxanaya yerləşdirilsin. Digəri deyir, qaynanam, qaynatam imkan vermir, icazə vermir.
Elə bu icazə verməməklərin nəticəsidir ki, uşaqlar da daxil olmaqla bir ailənin 5 üzvü vəhşicəsinə öldürülüb. Mövcud ciddi problem budur. Evlərdə o qədər bu cür psixi problemi olan insanla yaşamaq məcburiyyətində olan uşaqlar, yaşlılar var ki. Bu cür insanlar xüsusi xəstəxanalara yerləşdirilmədən gizlədiləcəyi təqdirdə belə cinayətlər daha da artacaq”.
K.Ağazadə həmçinin bildirib ki, problem həm də ondadır ki, xəstəxanaya yönləndirilən, göndərilən şəxsləri həmin xəstəxanalar bəzən qəbul etmir, bəzən də sərbəst buraxır ki, çıx, get:
“Sonra proxoloqlar açıqlama verir ki, cəmiyyətin 80 faizi bu vəziyyətdədir. Hansı vəziyyətdədir? Çıxın izah edin camaata. Cüzi psixoloji problemi olan şəxslər belə nəzarətdə olmalıdır. Cəmiyyət üçün, ailəsi üçün, uşaqlar üçün nə qədər təhlükəlidir həmin şəxslər”.

Oxşar Xəbərlər:
SUMQAYITIN MƏRKƏZİ KÜÇƏSİ ZİBİLLİYƏ ÇEVRİLİB – FOTO
Nyu-Yorkda azana qoyulan qadağa aradan qaldırılıb-FOTO
Gövhər Həsən-zadə:”Tarixən müəllifliyi mübahisəli olan musiqilər və əsərlər müzakirə mövzusu olub”
SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat