29 yanvar 2024
129
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni rəhbərliyi formalaşdı
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti yığıncağı keçirilib. AQC sədri Vüqar Oruc görülən işlər, cəmiyyətin fəaliyyəti, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulu, Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşmasına və Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) may ayında Bakıda keçiriləcək “Zirvə Görüşü”nə hazırlıq, milli qiymətləndirmə standartları və digər məsələlər ətrafında məruzə ilə çıxış edib. AQC İdarə Heyətinin üzvləri cəmiyyətin fəaliyyət istiqamətləri barədə təkliflərini diqqətə çatdırıblar.AQC XQ-ə verilən məlumata görə, cəmiyyətin sədri Vüqar Oruc “AQC ali orqanlarının fəaliyyətini tənzimləyən Əsasnamə” layihəsini təqdim edib və layihə İdarə Heyətinin üzvləri tərəfindən yekdilliklə qəbul edilib. Eyni zamanda sədr Vüqar Orucun AQC rəhbərliyinin yeni tərkibi ilə bağlı sərəncamı da yekdilliklə təsdiq olunub. Ramil Osmanlı AQC sədrinin birinci müavini, Fərid Rüstəmov sədrin beynəlxalq əlaqələr, Elnur Əsədov təşkilati məsələlər üzrə müavini, Azər Niftiyev isə sədrin müavini və AQC İcra Aparatının rəhbəri vəzifələrinə təyin edilib. Pərviz Qulami, Zamin Hüseynov, Nüsrət İbrahimov, İbrahim Quliyev və Nahid Həsənov AQC sədrinin müşavirləri, Rəşad Əliyev isə AQC Ekspertiza Mərkəzinin rəhbəri vəzifələrinə təyinat alıblar.
AQC sədrinin müvafiq sərəncamları ilə Elçin Mahmudov təşkilati məsələlər, Nail Həşimov Təlim, tədris və sertifikatlaşdırma, Şükür Hüseynov hüquq məsələləri, Səidə Şabanova ictimaiyyətlə əlaqələr departamentlərinin rəhbərləri, İlham Bağırov AQC İcra Aparatı rəhbərinin birinci müavini, Rüfət Əliyev isə müavini təyin olunublar.
Yığıncaqda AQC-nin gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Oxşar Xəbərlər:
“Qiymətləndirmə fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur” – AQC sədri
AAK sədri gəncləri Prezidentə qarşı qoyur
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Rusiya imperiyasını xilas edən Osmanlı vəzirinin səhvi və I Pyotrun arvadı Yekaterina
Prezident əfv sərəncamı imzaladı – SİYAHI