11 yanvar 2024
114

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tender müqaviləsi imzaladığı şirkətin vergi borcu var - 281 min AZN

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tender müqaviləsi imzaladığı şirkətin vergi borcu var
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ elan etdiyi Soyutma və havalandırma sistemlərinin satın alınması ilə bağlı tenderin qalibi ilə müqavilə imzalayıb.

32gun.az xəbər verir ki, müqaviləyə əsasən qalib "Altus Engineering" MMC-yə 76.228 AZN köçrülməlidir.

Əldə etdiyiniz məlunata görə qalib şirkətin hazırda dövlətə külli miqdarda vergi borcu mövcuddur. Hazırda "Altus Engineering" MMC-nin 280206.17 AZN vergi borcu var.

Bildirək ki, nizamnamə kapitalı 50 AZN olan MMC-nin qanuni təmsilçisi Münasib Həsənov Vaqif oğludur.

Xatırladaq ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynovdur.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tender müqaviləsi imzaladığı şirkətin vergi borcu var