09 yanvar 2024
139

Prezident seçkilərində 7 namizəd mübarizə aparacaq – Siyahı

           Prezidentliyə namizədlərdən 7 nəfər vaxtında sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib və onların hamısı qeydə alınıb.
 Yenimeydan.info  xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.


O bildirib ki, qeydə alınan namizədlərdən 5-i siyasi partiyalardan, 2-si isə öz təşəbbüsü ilə namizədliyi irəli sürülənlərdir.

Qeyd edək ki, Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb. 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev;