22 dekabr 2023
445

Rəisinin təxirə düşən səfəri: Türkiyəyə gedir

 İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri yaxın vaxtlarda baş tutacaq.
Yenimeydan.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Millət Məclisinin iclasında deyib.
“Biz İran Prezidenti cənab Rəisinin yaxın gələcəkdə Türkiyədə keçiriləcək Ali Əməkdaşlıq Şurasının iclasında iştirakını gözləyirik”, - o bildirib.
Xatırladaq ki, İran prezidentinin Ankaraya səfəri noyabrın 28-nə planlaşdırılsa da, sonradan təxirə salınmışdı.