19 dekabr 2023
791
“Bank Avrasiya”nın nağd vəsaitlərin, ticarət və qiymətli kağızların məbləği kəskin azalıb
“Bank Avrasiya” ASC bu ilin yanvar-sentyabr aylarında nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən, bloklaşdırılmış nağd vəsaitlərin məbləği 32 milyon 502 min manat təşkil edib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən, bloklaşdırılmış nağd vəsaitlərin məbləği ilin əvvəli ilə müqayisədə 23 milyon 328 min manat, yaxud da 41,7% azalıb.
Həmçinin, hesabat dövründə bankın ticarət və investisiya qiymətli kağızların məbləği 12 milyon 901 min manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 5 milyon 051 min manat, yaxud da 28,1% azalıb.
Xatırladaq ki, “Bank Avrasiya” ASC bu ilin yanvar-sentyabr aylarını 3 milyon 953 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur.
“Bank Avrasiya” nın aktivləri ilin əvvəli ilə müqayisədə 9,8%, yaxud da 22 milyon 025 min manat azalaraq 202 milyon 243 min manata enib.