17 dekabr 2023
232

Azərbaycanda prezidentliyə namizədlərin sayı 4-ə çatdı

      Yeni Azərbaycan Partiyası İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Yenimeydan.info  xəbər verir ki, YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.