11 dekabr 2023
811

Əliyevin Zəngəzur şərti: ya qəbul ediləcək, ya da...

 Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirmədiyinə görə Azərbaycan Naxçıvana çıxış üçün yeni variant irəli sürür.
Yenimeydan.info xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib.
Onun sözlərinə görə, Prezident Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumundakı çıxışında bu variantın nədən ibarət olduğu aydın olur:
“İrəvan Zəngəzur dəhlizinin keçdiyi ərazidə öz pulu hesabına dəmiryol xətti inşa edir və başqa ölkələrə daşımalardan gömrük rüsumu alır, lakin Azərbaycandan yox. Naxçıvan Azərbaycan ərazisi olduğu üçün bura daşınacaq sərnişin və yüklər gömrük rüsumu və sərhəd yoxlanışından azad edilməlidir. Əliyev bunu “Azərbaycandan Azərbaycana” prinsipi ilə izah edir və Kalininqrad dəmir yolu təcrübəsindən istifdənin Brüsseldə gündəmə gəldiyini bildirir. Əks təqdirdə, Ermənistan regional kommunikasiyadan kənarda qalmağa davam edəcək, çünki İrəvandan fərqli olaraq, Bakının Naxçıvana İran marşrutu üzərindən çıxış alternativi var”.