03 noyabr 2023
411
Azərbaycanda pensiya yaşı azaldılacaq? – Rəsmi açıqlama
Nazirlik və Dünya Bankının hesablamalarına əsasən 2050-ci ildə gözlənilən orta ömür uzunluğu qadınlarda 82,8 yaş, kişilərdə isə 79,8 yaş təşkil edəcəkdir (yəni ödəniş müddəti daha da artacaqdır).
Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən pensiya yaşı ilə bağlı sorğusuna cavabında bildirilib.
Qeyd edilib ki, bütün dünyada olduğu kimi ölkəmizdə də həyat şəraitinin yaxşılaşması, səhiyyənin inkişafı və tibb xidmətlərinin beynəlxalq standartlara uyğun təşkili, habelə elm və texnologiyanın inkişafı ilə əlaqədar iş və həyat təhlükəsizliyinin yüksəlməsi nəticəsində gözlənilən orta ömür uzunluğu davamlı olaraq artır.
“Hazırda dünyanın bir çox ölkələrində də pensiya yaş həddi 65 və daha yüksəkdir, habelə əksər ölkələrdə pensiya yaşı mərhələli şəkildə artırılmaqdadır. Pensiya yaşının azaldılması məsələsinə əmək fəaliyyətinin son yaş həddi ilə birlikdə baxılmalıdır. Çünki pensiya yaşına çatmaq bir sığorta hadisəsidir, şəxsin əmək qabiliyyəti olmaması deməkdir. Təcrübə göstərir ki, pensiyaya çıxdıqdan sonra uzun müddət pensiya alanların sayı kifayət qədər çoxdur (yaşa görə 68,5% pensiyaçı 12 ildən artıqdır ki, ödəniş alır).
Nazirlik və Dünya Bankının hesablamalarına əsasən 2050-ci ildə gözlənilən orta ömür uzunluğu qadınlarda 82,8 yaş, kişilərdə isə 79,8 yaş təşkil edəcəkdir (yəni ödəniş müddəti daha da artacaqdır). Onu da qeyd edək ki, pensiyaya çıxma yaşı ölkəmizlə yanaşı, əksər ölkələrdə, eləcə də regionda yerləşən və sosial-iqtisadi inkişaf səviyyəsi təqribən Azərbaycanla oxşar olan ölkələrdə, o cümlədən Rusiya, Qazaxıstan və s. kimi ölkələrdə də orta ömür uzunluğunun artımına mütənasib şəkildə artırılır və həmin ölkələrdə gələcək perspektivdə də yaş həddinin daha da artırılması hədəflənmişdir.
Bu baxımdan qeyd etməliyik ki, indiki mərhələdə ölkəmizdə kişilər və qadınlar üzrə pensiya yaşının azaldılması məsələsi müzakirə edilmir”, – deyə bildirilib
Oxşar Xəbərlər: