31 oktyabr 2023
414
Bakının 311 nömrəli orta məktəbində monitorinq qalmaqalı: Tarix müəllimi direktoru niyə ittiham edir? - FOTO
Son zamanlar məktəblərdə monitorinqlərin keçirilməsi, yoxlamaların aparılması müəllimlər tərəfindən birmənalı qarşılanmır. Belə ki, monitorinqlər zamanı məktəb rəhbərliyinin sinifə daxil olaraq dərsin dayandırılmasını tələb etməsini müəllimlər narazılıqla qarşılayır. Belə olan halda isə rəhbərliklə, pedaqoji kollektiv arasında anlaşılmazlıq baş verir. Və bəzi hallarda bu anlaşılmazlıq insidentlə nəticələnir. Baş verənlərdən ən çox ziyan görən isə təbii ki, şagirdlər olur.
TehsilMedia.az xəbər verir ki, növbəti müəllim şikayəti Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevə və nazirlik yanında İctima şuranın sədri Günel Səfərovaya ünvanlanıb. Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin tarix müəllimi Emil Bayramov 3-cü dərsdə 9 ə sinfində Azərbaycan tarixi fənnini tədris edərkən məktəbin direktoru içəri daxil olaraq dərsin dayandırılmasını tələb edib. Bu barədə Emil Bayramov sosial şəbəkələrdəki təhsil forumlarından birində yazıb. Onun sözlərinə görə, direktor monitorinq keçiriləcəyini bildirib: "Mən, "dərs vaxtında monitorinq keçirilə bilməz" desəm də, direktor idarənin əmri olduğunu vurğulayıb. Mənim ya nəzarətçi kimi qalmağımı ya da sinfi tərk etməyimi tələb edib. Xahiş edirəm, araşdırılsın görək dərs vaxtı monitorinq keçirilməsinə kim əmr verib? Şagirdlərin gözü qarşısında nüfuzuma zərbə dəyib", - deyə pedaqoq fikirlərini tamamlayıb.
Qeyd edək ki, bəzi sosial şəbəkə iştirakçıları pedaqoqa haqq qazandıraraq 45 dəqiqəlik dərsin sahibinin müəllim olduğunu bildiriblər və dərs prosesinə heç kimin müdaxilə etməməli olduğunu dilə gətiriblər. Təhsil ekspertləri isə dərs vaxtı başqa tədbir olarsa, bunun əmrləşdirildiyini və müəllimə əvvəldən xəbər verildiyini vurğulayırlar. Yəni dərs başlayandan 10 dəqiqə sonra sinifə daxil olmağa heç kimin ixtiyarı olmadığını diqqətə çatdırırlar. Buna rəğmən monitorinqlərin zaman-zaman keçirildiyini və müəllimlərin bunu anlayışla qarşılamalı olduqlarını deyənlər də tapılıb.
Hər bir halda müəllimin dərs prosesini pozmaq doğru deyil və bu, şagirdlərin təhsil hüququnun tapdalanması deməkdir. Əgər rəhbərlik tərəfindən belə bir addım atılırsa, öncədən xəbər verilməsi daha məqsədəuyğundur. Ümid edirik ki, məktəblərdəki bu cür narazılıq doğuran məsələlər tezliklə öz həllini tapacaq və dərsə mane olan səbəblər aradan qaldırılacaq.
P.S Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq!

Oxşar Xəbərlər: