30 oktyabr 2023
247
Vilyam Hacıyevin ailə üzvlərinin məhkəmədə şikayətinə bu tarixdə baxılacaq - TƏFƏRRÜAT
İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi ilə bağlı əmlakın müsadirə olunma qərarından ailə üzvləri tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Yenimeydan.info bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 31-nə təyin edilib. Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Keçmiş başçının ailə üzvləri müsadirə olunmuş əmlakların geri qaytarılmasını tələb edirlər.
Xatırlatma: Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, üzərinə həbs qoyulmuş 5 344 000 manatlıq əmlak dövlət nəfinə müsadirə olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Ali Məhkəmə isə məhkum şəxsin ailə üzvlərinin narazılığını əsassız sayıb. 5 milyondan artıq qiymətləndirilən əmlakların dövlət nəfinə müsadirəsi qərarı qüvvədə saxlanılıb. Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və 2 minik avtomobilinin, Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyirdi.
Oxşar Xəbərlər:
BAŞ PROKURORLUQ NİYƏ YALAN MƏLUMAT YAYAN TALEH QARAŞOVA XƏBƏRDARLIQ ETMƏDİ?
BAŞ PROKURORLUQ NİYƏ YALAN MƏLUMAT YAYAN TALEH QARAŞOVA XƏBƏRDARLIQ ETMƏDİ?
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Vüqar Səfərlinin ailə üzvləri yenidən kassasiya şikayəti verib