26 oktyabr 2023
460

SİQARETDƏN BELƏ XİLAS OLUN…

      Tütün tüstüsü ağciyər xərçəngi, ürək-damar xəstəlikləri, insult, emfizema, ağciyər xəstəliklərinin yaranmasına və inkişafına səbəb olur.Yenimeydan.info xəbər verir ki, həkimlər siqareti birdəfəlik tərgitməyin mümkün olduğunu bildirirlər. Bu həm də olduqca asan yollardan biridir:
“Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7 000-dək kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli zəhərli, 70-i isə xərçəng xəstəliyi yaradan maddələr hesab edilir.
Tütünsüz həyata gündəlik çəkdiyiniz siqaretlərin sayını azaltmaqla başlaya bilərsiniz. Bunun üçün ilk olaraq 2 saatda 1 ədəd çəkməklə, ondan sonrakı günlərdə isə saat müddətini uzatmaqla siqareti tərgidə bilərsiniz”.