17 oktyabr 2023
155
Bu ərazimizə qar yağdı
Oktyabrın 17-si saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb.
Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı: Ordubad, Lerik, Şahdağ, Culfa, Zərdab, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, İsmayıllı, Qobustan, Xaltan, Göyçay, Beyləqan, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Qar örtüyü əmələ gəlib: Şahdağda 2 sm olub.
Duman: Qrız, Göygöl, Şamaxı, Lerikdə müşahidə olunub.
Külək: Qərb küləyi arabir Naxçıvanda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlvəzdə 16 m/s-dək güclənib.