16 oktyabr 2023
186

Valideynlər və şagirdlər üçün AZALMAYAN “ƏLAVƏ YÜK”: – “Bunlar elmdən çox kommersiya maraqlarına…”

  qiyməti də çoxları üçün əlçatan olmadığı üçün ictimaiyyət bu məsələnin üstünə getdi.Problemin mətbuatda da geniş işıqlandırılmasından sonra nazirlik “iş dəftərləri”ni dərslik komplekti siyahısından çıxarılması barədə əmr verdi. Hətta o vaxt Təhsil Nazirliyindən belə bir rəsmi bəyanat da verilmişdi ki, əgər məktəblərdə şagirdlərə məcburi şəkildə “iş dəftərləri” aldırılarsa, o zaman valideynlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.
Müəllimlərin tədris prosesində istifadə etdikləri istənilən resurs şagird üçün əlçatan olmalıdır. Əgər doğrudan da, “iş dəftərləri”, testlər və başqa vəsaitlər məcburi deyilsə, o zaman təhsili onun üzərində qurmaq düzgün deyil. Əks halda, valideynlər onları almaq məcburiyyətində qalaraq əlavə xərcə düşürlər.
Bu isə xüsusilə, aztəminatlı ailələrə ciddi çətinlik yaradır. Ona görə də, məqbul hesab etdiyimiz əlavə vəsaitlər dərsliklərlə birlikdə şagirdlərə pulsuz verilməli, yaxud da həmin vəsaitlərin dərsliklərə əlavə qismində məcburi şəkildə aldırılmasına qarşı təsir mexanizmləri tətbiq olunmalıdır”.