11 oktyabr 2023
227

İsraildə ölən azərbaycanlıların adları açıqlandı


                                                                     

İsraildə HƏMAS-ın hücumları nəticəsində Azərbaycanın bir vətəndaşı həlak olub.
Yenimeydan.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, həlak olanlar arasında Azərbaycanda doğulmuş yəhudi əsilli şəxs də var.
A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.
***
İsraildə HAMAS-ın hücumları nəticəsində həlak olan Azərbaycan əsilli şəxslərin adları məlum olub.
XİN-dən bildirilib ki, həlak olanlardan Elkin Nəzərovun ikili vətəndaşlığı olub.
O, dünən Kıryat Yamda dəfn edilib.
Digər üç nəfər - Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır.