20 sentyabr 2023
336

Saleh Məmmədov ekologiyanı belə məhv edir

Saleh Məmmədov ekologiyanı belə məhv edir
Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrılıb.
Beləliklə, 11 milyon manat pul yenə də Saleh Məmmədovun sərəncamına verilib. Nəzəri cəhətdən mümkündür ki, çoxstajlı qırçı fəhlə rəsmən Saleh Məmmədov qədər maaş alsın. Amma o fəhlənin oğlu qoluna heç vaxt qiyməti 1 milyon dollar olan saat taxa bilməyəcək. Çünki atası oğru deyil, əmanətə xəyanət edən deyil, etimada xor baxan deyil.
Nə isə, Saleh Məmmədovun və onun “asfaltyeyən” çetesinin ölkəmizə, dövlətimizə, xalqımıza vurduğu ziyan təkcə asfaltın keyfiyyətindən oğurlanan milyonlar deyil. Nəzərə almaq lazımdır ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyindəki yol istismarı MMC-lərin tərkibində istehsalat bazaları (asfalt-beton, emulsiya zavodları və s.) da fəaliyyət göstərir. Bu zavodlar həm mavi yanacaq, həm də dizel yanacağı ilə çalışır. Bir çox hallarda yanacaq yerinə heç də məqbul olmayan tullantılar yandırılır. Qənaət edilən qaz və dizel satılaraq pulu mənimsənilir. Həcmindən və keyfiyyətindən oğurlanan asfalt isə ayrı-ayrı şəxslərə satılır, sakinlərindən pul yığılmış məhəllələrin torpaq yoluna döşənilərək, uçotdan yayındırılır. İnternetdə yayılan məmlumatlara və video-materiallardan bəlli olur ki, bu sayaq qanunsuzluqlara “haqq qazandırmaq” üçün Saleh Məmmədovun işçiləri hər cür həyasızlığa əl atır, məsələn deyirlər ki, “şəhid evlərinin həyətinə yol çəkirik”. Zavodlardan ətrafa yayılan zərərəli tüstü isə havaya yayılaraq ekologiyaya, insanların sağlamlığına ziyan vurur. Təqdim etdiyimiz bu video-görüntü 16.09.2023-cü il tarixdə səhər saatlarında qeydə alınıb. İsmayıllı “Yol İstismarı” MMC-nin tərkibindəki asfalt zavodu demək olar fasiləsiz olaraq ətrafa qara tüstü yayır.

NYUS.AZ