11 sentyabr 2023
246

Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub - cavab tədbirləri görülüb

Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub
 

Sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Yenimeydan.info-a MN-dən xəbər verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb